Modern.az

Şəhid olan polkovniklə vida mərasimi keçirilir - FOTOLAR

Şəhid olan polkovniklə vida mərasimi keçirilir - FOTOLAR

Təhsil

5 Aprel 2016, 11:27

Azərbaycan ordusunun aprelin 4-də Tərtər uğurunda gedən döyüşlərdə həlak olan polkovnik-leytenantı Raquf Orucovla vida mərasimi keçirilir.

Modern.az saytının məlumatına görə, mərasimdə çıxış edən şəhidin qardaşı Zabil Orucov qadınlardan ağlamamağı xahiş edib. Şəhidlə vida mərasimində izdiham yaşanır. Gənclər “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir” şüarlarını səsləndirir.

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan 1973-cü il təvəllüdlü R.Orucov Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn ediləcək.

   

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı