Modern.az

Keçmiş baş nazir: “Məni qələbə xəbərləri ilə təbrik etdilər”

Keçmiş baş nazir: “Məni qələbə xəbərləri ilə təbrik etdilər”

Təhsil

5 Aprel 2016, 11:35

“Bu dəqiqələrdə Ağdərənin Madagiz məntəqəsinin əsgərlərimiz tərəfindən dağıdılması  xəbərini mənə çatdırdılar. Çox sevindim. Doğum günümü təbrik edənlər həm də qələbə xəbərləri ilə məni  təbrik edirlər”.

Bunu Modern.az-a açıqlamasında 1992-93-cü illərdə Azərbaycanın baş naziri olmuş Rəhim Hüseynov deyib.  

Onun sölərinə görə qısa zaman ərzində biz öz torpaqlarımızı azad edə bilərik.

“Çünki bununla bağlı 1993-cü ildə BMT-nin qərarında da deyilib ki, bütün torpaqlar Azərbaycana məxsusdur. Belə başlamışıqsa bu o deməkdir ki, erməniləri torpaqlarımızdan tezliklə birdəfəlik təmizləyəcəyik. Ermənilər bilməlidirlər ki, özgə torpaqlarından onlara heç zaman vətən, yurd olmayacaq”.  

Rəhim Hüseynov 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailəsində doğulub.

O, 1962-1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində çalışıb.

R.Hüseynov 1965-1974-cü illərdə Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 1974-1989-cu illərdə isə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində 24 il işləyib.

1989-1992-ci illərdə R.Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olub.

R.Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışmışdır. AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən gedib.    

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı