
İranın xarici işlər naziri Cavad Zərif Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə zəng edib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Zərif həm Edvard Nalbandyana, həm də Elmar Məmmədyarova atəşkəs rejiminin bərpa olunmasının vacibliyindən danışıb.
Zərif İranın atəşkəs rejiminin bərpa olunmasında vasitəçi ola biləcəyini deyib.
Aprelin 5-6-da İranın Ramsar şəhərində Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq.
Vüqar İsmayılov