Modern.az

“Azərbaycan ordusu hövsələ göstərə bilmədi”

“Azərbaycan ordusu hövsələ göstərə bilmədi”

Təhsil

5 Aprel 2016, 12:21

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Modern.az xəbər verir ki, spiker Oqtay Əsədov cəbhədəki mövcud vəziyyətlə bağlı çıxış edib.   O qeyd edib ki, illər boyu Azərbaycan atəşkəsə sadiq olub.  

“Hər dəfə Azərbaycanın yüksək nailiyyəti olanda Ermənistan tərəfdən təxribatla qarşılanırdı. Mülkü əhali atəşə tutulurdu və biz susurduq. Son günlərdən mərmilərdən açılan atəşə Azərbaycan ordusu hövsələ göstərə bilmədi.   Aprelin 1-dən 2-ə gecən gecə erməni təxribatlarına cavab verildi və Azərbaycan ordusu öz gücünü göstərdi”.

O. Əsədov bildirib ki, illər ərzində Azərbaycan əhalisini təşviş içərisində saxlayan yüksəkliklər alındı.

“Ermənistan atəşkəsə razılaşmadı və bu istiqamətdə hücumlara davam etdi. Xarici İşlər Nazirliyinin açıqlaması yayıldı ki, Ermənistan ordusu Dağlıq Qarabağdan çıxarılandan sonra danışıqlara gedə bilərik”.   Milli Məclis sədri vurğulayıb ki, Azərbaycan status-kvonun tanınmasına razı deyil.  

“Dağlıq Qarabağın azad olunması istiqamətində hərəkət nəhayət ki başlandı. Bu gün Minsk qrupu toplanır, amma onlara da inam yoxdur.

Azərbaycan orudusunun dəqiq əməliyyatına görə “çox sağ ol” deyirəm. Əsgərlərimiz igidlik göstərirlər. Şəhidlərimiz də var. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə öz sözlərini deyəcək”.  

Sonda cəbhə boyu döyüşlərdə həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aytən Zəhra

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı