Modern.az

Tərtərə mərmi düşdü, 16 yaşlı qız öldü

Tərtərə mərmi düşdü, 16 yaşlı qız öldü

Təhsil

5 Aprel 2016, 12:44



Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalıb.

Tərtər rayon prokurorluğu və polis Şöbəsindən Modern.az saytına verilən məlumatda bildirib ki, nəticədə kənd sakini dünyasını dəyişib. Belə ki, aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində vəfat edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.  

Gülşən RAUFQIZI


Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı