Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Bu barədə qərar şənbə günü federasiyanın hesabat-seçki konfransında qəbul edilib.
Konfransda səsvermə yolu ilə yenidən Altay Həsənov vitse-prezident, Rauf Əliyev, Rafiq Behbudov və Arif Qafarov icraiyyə komitəsinin üzvləri seçiliblər.
Konfrans zamanı federasiyanın yeni nizamnaməsinin qəbul edilməsi qərara alınıb. Nizamnaməyə əsasən, yekun konfranslar və rəhbər heyətin tərkibi beş ildən bir seçiləcək.
Konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, son dörd-beş ildə gimnastika Azərbaycanın idman həyatında xüsusi yer tutur. Nazirin sözlərinə görə, hazırda Azərbaycan Gimnastika Federasiyası ölkə regionlarında gimnastika bölmələri yaradaraq, idmanın bu növünün kütləviləşməsinə nail olub. A
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, gimnastika üzrə yığma olimpiyadalarda komanda idman növlərində Azərbaycanı təmsil edən ilk komanda olub. Onun sözlərinə görə, Bakıda yüksək səviyyəli beynəlxalq turnirlərin, bəddi gimnastika üzrə Avropa çempionatının təşkili federasiyanın uğurudur.