Modern.az

“Hər an döyüşə getməyə hazıram”

“Hər an döyüşə getməyə hazıram”

Təhsil

5 Aprel 2016, 13:00

Milli məclisdə müzkairələr davam edir.

Modern.az xəbər verir ki, deputat Siyavuş Novruzov Azərbaycan xalqını və ordusunu qələbə münasibəti ilə təbrik edir.   “Ali baş komandanın rəhbərliyi altında atılan addımlar sübut etdi ki, bütün Azərbaycan xalqı bu məsələdə prezident və ordu ətrafında birləşərək öz mövqeyini ortaya qoyur. Artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr düzülüb. Yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizin sırasında döyüşməyə hazır olduğunu bəyan etdi.  

Artıq benəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh demək deyil və dondurulmur. Hər an münaqişə başlaya bilər və çox ağır nəticələri olar. Bir daha sübut olundu ki uzun müddət ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində bu münaqişənin məqsədli şəkildə uzadılması heç bir nəticə verməyəcək.

Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa, Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq, onların döyüş səviyyəsi aşağı düşəcək.  

Lakin baş verənlərlə bunun tam əksini gördülər. Azərbaycan gəncləri əlində Azərbaycan bayrağı tutub və hər biri döyüşə atılmağa hazırdır”.  

Deputat vurğulayıb ki, Ermənistan beynəlxalq hüquq normalarını kənara qoyub, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatı ilə əhalisinin başını qatmağa çalışırdı.  

“Qeyd edirdi ki, əgər bizə qarşı hər hansı addım atılacaqsa, digər dövlətlər də bu məsələyə qarışacaq. Həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycan ərazisində gedir.  

Bu, Ermənistan əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı və erməni qorxaqlığı fəaliyyətə başladı.

Onlar anladı ki, Azərbaycanla üz-üzə gəlmək üçün heç bir qüvəyə malik deyillər. Bu baxımdan bu məsələləri bütün ictimaiyyətə çatdırmalıyıq.   Ökə başçısı hər zaman bildirirdi ki, ordumuz postsovet məkanında, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan biridir. Bu bir daha sübut edildi. Ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz döyüşlərdə əsgərik və Ali baş komandanın əmri ilə döyüşə getməyə hazırıq”.  

Milli Məclis sədri Oqtay Əsədov sosial şəbəkələrdə yayılan informasiyalardan danışıb. O qeyd edib ki, ermənilər tərəfindən yayılan bir videoda göstərilir ki, Dağlıq Qarabağda əsgərliyə gedənlər 90-cı illərin saqqallılarıdır.

“Bu o deməkdir ki, Dağlıq Qarabağda müharibə aparanlar Ermənistandan gələnlərdir. Diasporları hər yerdə səs-küy salırlar ki, Azərbaycan erməniləri qırır.

Mətbuat yazır ki, 500 erməni qırıldı və guya Azərbaycanın ermənilərə qarşı genosidi həyata keçirilir.  

Biz Ermənistana birinci hücum etməmişik. Ermənistan birinci hücum etdi, mərmilərdən kəndlərimizi atəşə tutdular və cavab vermək məcburiyyətində qaldıq. İlk həmləmizdə 3 yüksəkliyi ələ keçirdik. Sarkisyanın çıxışını yayımlayır və deyirlər ki, 1 aprel mövqelərinə qayıtsaq komporomisə gedərik.

Kompromis bizə lazım deyil, torpaqları boşalt. Hər bir informasiyada diqqətli olmalıyıq. Təmas xəttində müharibə gedir, Şuşa boşalır, bunları təbliğ etməliyik”.

Aytən Zəhra 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı