Modern.az

Putinin İlham Əliyev və Sarkisyanla telefon danışığı olub - Yenilənib

 Putinin İlham Əliyev və Sarkisyanla telefon danışığı olub - Yenilənib

5 Aprel 2016, 20:03

 

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V. Putin İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

Rusiya prezidenti çoxsaylı insan itkisi ilə nəticələnən genişmiqyaslı hərbi qarşıdurma ilə əlaqədar ciddi narahatçılıq keçirdiyi söyləyib.

O, hər iki tərəfi təcili şəkildə hərbi əməliyyatları tam dayandırmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb.

Qeyd olunub ki, Rusiya vəziyyətin normallaşması üçün vasitəçilik addımları həyata keçirir, bundan sonra da keçirəcək.  

Bundan başqa, ATƏT- in Minsk Qrupunun vasitəçiliyi ilə Bakı və İrəvanla danışıqlar prosesinin bərpa olunmasının vacibliyi vurğulanıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...