Modern.az

Məmmədyarov türkiyəli həmkarı ilə cəbhədəki durumu müzakirə edib

 Məmmədyarov türkiyəli həmkarı ilə  cəbhədəki durumu müzakirə edib

5 Aprel 2016, 20:56

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Ramsar şəhərində 5 aprel tarixində keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb. Xarici İşlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov cəbhədə yaranmış hazırkı vəziyyət, o cümlədən Ermənistanın qoşunların təmas xətti boyunca törətdiyi təxribatlar və mülki əhalini hədəfə alan ağır arteriya və ağır silahlardan istifadə etməsi barədə ətraflı məlumat verib.

Mevlüt Çavuşoğlu cəbhədə həlak olan hərbiçilərin və mülki şəxslərin ailələrinə və Azərbaycan xalqına baş sağlığı verdi və bəyan etdi ki, sözügedən münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu həll olunmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər müzakirə olundu.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...