Modern.az

Ərəb ölkələrinin səfirlərini Bakıda bir yerə toplayacaqlar

Ərəb ölkələrinin səfirlərini Bakıda bir yerə toplayacaqlar

27 Dekabr 2010, 13:07

Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) ərəb ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlərinin görüşü keçiriləcək. Bu barədə Modern.az-a ADU-nun mətbuat xidmətindən məlumat verilib. Görüşdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov,   İraqın, İordaniya Haşimilər Krallığının, Misir Ərəb Respublikasının, Küveytin, Mərakeş Krallığının, Qətərin, Səudiyyə Ərəbistanı Krallığının,  Fələstin dövlətinin səfirləri, eləcə də  Liviya Xalq Sosialist Ərəb Cəmahiriyyəsinin Azərbaycandakı müvəqqəti işlər vəkili iştirak edəcəklər. Görüşdə bir sıra maraq doğuran məsələlər, o cümlədən ərəb ölkələri ilə Azərbaycan arasındakı  əlaqələr müzakirə olunacaq.  Parlamentlərarası dostluq qruplarının fəaliyyəti də əsas müzakirə mövzularından biri olacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə