Modern.az

3 mindən çox insan yaralı əsgərlərimiz üçün qan verib

3 mindən çox  insan yaralı əsgərlərimiz üçün qan verib

Təhsil

7 Aprel 2016, 13:03

Aprelin 1-dən 2-ə gecən gecədən başlayaraq bu günə qədər davam edən döyüşlərdə yaralanan əsgərlərə kömək etmək məqsədilə insanlar könüllü şəkildə qan verməyə davam edirlər.

Mərkəzi Qan Bankında və bölgələrdə bu günə qədər 3 mindən çox insan qan verib.

Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva Modern.az-a açıqlamasında bildirib ki, Mərkəzi Qan Bankının mərkəzi ofisi və rayon şöbələrində qanvermə aksiyaları davam edir.

“Hətta mərkəzi Qan Bankı bu gün 4 yerdə qan vermə aksiyası edir. Aprelindən 4-dən bu günə qədər 3000-dən çox insan qan verib və hələ də davam edir. Bütün qanlar yoxlanılıb. Artıq qanlar qan saxlama otağında ehtiyatdadır, yararsız qanlar isə məhv olunub”.

P.Hacıyeva bildirib ki, 44 nəfərin qanında infeksiyalar aşkarlanıb. “44 şəxsin qanında Hepatit B, Hepatit C və Siflif infeksiyaları aşkarlanıb, həmin qanlar məhv olunub.

Yararlı qanların bir qismi paylanılıb, bir qismi də Mərkəzi Qan Bankının ehtiyat hissəsindədir”.

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı