Modern.az

Cəbhəyanı kəndlərdə ölən və yaralanan şagirdlərin sayı açıqlandı

Cəbhəyanı kəndlərdə ölən və yaralanan şagirdlərin sayı açıqlandı

Təhsil

7 Aprel 2016, 13:48

Ağdamın Sarıcalılar kəndində olan məktəb binası mərmi düşməsi nəticəsində yararsız hala düşüb. Bu hadisə dərs saatı ərzində baş vermədiyindən xəsarət alan olmayıb”.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O qeyd edib ki, cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar nəticəsində 1 məktəbli yaralanıb, 1 məktəbli isə həlak olub.

“Eyni zamanda cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti yaxşıdır. Tərtərdə evə atılmış mərminin partlaması nəticəsində dünyasını dəyişən 16 yaşlı qızın da məktəbli olduğu təsdiqlənib”.

Nazir müavini münaqişə səngidikdən sonra məktəblərdə təmir-bərpa işinin aparılacağını vurğualyıb.

“Bir sıra digər kəndlərdə yerləşən məktəblərə də ziyan vurulub. Yaxın ərazilərdə mərmilərin partlaması nəticəsində məktəblərdə pəncərələrin dağılması, sınması faktları da var. Gündəlik operativ məlumat alırıq və buna uyğun qərar verilir".

C.Bayramov qeyd edib ki, insanların həyatını təhlükə altına atmamaq üçün artıq 28 məktəbdə tədrisin dayandırılması barədə qərar qəbul edilib.

“Təhsil Nazirliyi tərəfindən Təhsil şöbələrinə tapşırıqlar verilib ki, təhlükəli ərazilərdə yaşayan ailələrin digər yaşayış məntəqələrinə köçmələri ilə bağlı onların uşaqlarının yaxın məktəblərdə tədrisi təşkil olunsun. Ancaq ümid edirik ki, atəşkəsin əldə olunmasından sonra məktəblərdə tədris bərpa olunacaq”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı