Modern.az

Kremldən cəbhədəki döyüşlər barədə AÇIQLAMA: “Geriyə addım atdılar”

Kremldən cəbhədəki döyüşlər barədə AÇIQLAMA: “Geriyə addım atdılar”

Təhsil

7 Aprel 2016, 14:41

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Qarabağdakı atəşkəs rejimi barədə suala verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov atəşkəs rejiminin çox kövrək olduğunu xatırladıb.  

“Əldə olunmuş atəşkəs dayanıqlı olmaqdan hələ çox uzaqdır. Ona görə əldə olunmuş razılıqlarla heç kim kifayətlənməyəcək və kifayətlənmək fikrində də deyil”.

Peskovun fikrincə, Qarabağ konfliktində tərəflər geriyə addım atıblar.  

“Bu hadisələrə qədər tərəflər çox müsbət irəliləyişlər əldə etmişdilər. Lakin  təəssüf ki, baş verən hərbi toqquşmalardan sonra tərəflər geriyə addım atmış oldu. İndi itirilmiş imkanları geriyə qaytarmaq məqamıdır”.  

Peskov Rusiyanın həm Bakı, həm də Yerevanla dostluq münasibətlərinin olduğunu xatırlayaraq vasitəçilik missiyasını davam etdirəcəklərini deyib.  

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı