
Cəbrayıl rayonundan olan məcburi köçkünlər Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatdan sonra ilk dəfə doğma kəndlərinə baş çəkiblər.
“Report”un məlumatına görə, Cəbrayılın Cocuq Mərcanlı kəndinin bir qrup sakini 23 ildən sonra ilk dəfə öz evlərinə baş çəkiblər.
Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ön xəttə yerləşdiyindən indiyədək ora yalnız hərbçilər buraxılırdı. Ordumuz həmin kənddən bir qədər irəli gedərək, Lələ təpə yüksəkliyini işğaldan azad edib ki, bu da Cocuq Mərcanlıya təhlükəsiz gediş-gəlişi asanlaşdırıb.
Cocuq Mərcanlı 1994-cü ilin yanvarında işğaldan azad olunub..

