
Ermənistan Müdafiə Nazirliyinin Baş Klinik Xəsətxanasında 32 erməni hərbçisi müalicə alır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə düşmən ordusunun polkovniki Kamo Xaçaturyan məlumat verib.
Onun sözlərinə görə, xəstələrin 5-nin vəziyyəti ağırdır. Yaralı hərbçilərdən 4-nün bədən orqanları amputasiya olunub. Bir hərbçi isə hər iki ayağını itirib.
Kamo Xaçaturyan yaxın günlərdə Qarabağdan gətiriləcək yeni yaralılarla birlikdə xəstələrin sayının kəskin artacağını proqnozlaşdırıb.
Vüqar İsmayılov