
Rusiya baş naziri Dmitri Medvedevin təyyarəsi Yerevanın Zvartnots aeroportuna eniş edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün Medvedev ermənistanlı həmkarı Ovik Abramyanla görüş keçirəcək. Rusiya ilə Ermənistan arasında ikitərəfli bir sıra sənədlərin imzalanması gözlənilir.
Bundan sonra isə mətbuat konfransında baş nazirlər jurnalistlərin suallarına cavab verəcəklər.
Dmitri Medvedev bundan sonra prezident Serj Sarkisyanla da görüşəcək.
Aprelin 8-də Rusiya baş naziri Bakıya yola düşəcək.
Vüqar İsmayılov