Modern.az

Ümumrusiya Azərbaycan Konqresindən ORT ilə bağlı BƏYANAT

Ümumrusiya Azərbaycan Konqresindən ORT ilə bağlı BƏYANAT

Təhsil

7 Aprel 2016, 17:41

Ümumrusiya Azərbaycan Konqresi Rusiya Televiziyasının 1-ci kanalında yayımlanan verilişlə bağlı bəyanat yayıb

Modern.az xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresi Rusiya Televiziyasının 1-ci kanalı ORT-də  “Zaman göstərər” tok-şousunun 4 aprel  buraxılışı ilə bağlı bəyanat yayıb.

Belə ki, Qarabağdakı hərbi əməliyyatlara həsr olunan proqrama dəvət olunanlar arasında milliyətcə erməni və rus olan siyasət və ictimaiyyət nümayəndələri və  “İxlas” xəbər agentliyinin müxbiri olub.

Ümumrusiya Azərbaycan Konqresi bəyan edir ki, Azərbaycan tərəfini təmsil edən türk xəbər agentliyinin əməkdaşının bu verilişə dəvət olunması Teleşirkət rəhbərliyinin öncədən hazırladığı təxribatdır.

“Verilişdə münaqişənin Türkiyə ilə əlaqələndirilməsi  həqiqətə uyğun deyil və Dağlıq Qarabağ münaqişəsinin səbəbləri ilə əlaqəsi yoxdur”-deyə bəyanatda deyilir.  Bundan başqa, böyük ekranda işğal edilmiş Dağlıq Qarabağ və  7 ətraf  rayon xəritədə Dağlıq Qarabağ kimi nümayiş etdirillib. “Hal-hazırda  Azərbaycan torpaqlarının 20 faizi  Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır və bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur.  Ancaq bu situasiya uzun sürə bilməz. Biz ümid edirik ki, erməni xalqı Ermənistan rəhbərliyindən qonşu dövlətlərlə münasibətdə müdriklik göstərməyi və işğalçı siyasətdən imtina etməyi tələb edəcək”-deyə bəyanatda  qeyd olunub.

 ÜAK həmçinin, bəyan edib ki, belə qeyri-dəqiq və qərəzli məlumatlar Rusiya və Azərbaycan xalqları arasında qarşıdurma yaratmaq istəyən güclərin marağındadır. Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.

“Rusiya və Azərbaycan xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycanlılar SSRİ-in başqa xalqları ilə birlikdə Böyük Vətən Müharibəsi zamanı yaşadıqları torpaqların azad olunmasında iştirak edib. Azərbaycan SSRİ-nin 3,4 milyon əhalisinin 681 min nəfərini cəbhəyə göndərib, o cümlədən Azərbaycandan  10 min qadın və 300 min kişi müharibə zamanı həlak olub.

Rusiya və Azərbaycan arasında olan strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Rusiya xalqları arasındakı dostluq münasibətlərini heç bir qüvvə poza bilməz. ”-deyə bəyanatda diqqətə çatdırılıb.

Aytən ZƏHRA  

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı