Modern.az

”Məsələ çox ciddidir” - Medvedev

”Məsələ çox ciddidir”  - Medvedev

Təhsil

7 Aprel 2016, 21:01

 

“Rusiya əlindən gələni edəcək.  Dağlıq Qarabağda sülhün və tərəflər arasında əlaqə imkanının saxlanılması üçün səylərini əsirgəməyəcək”. Modern.az saytı RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev Ermənistanda ölkənin baş naziri Ovik Abramyanla görüşdə bildirib.

“Dağlıq Qarabağda 1994-cü ildən bəri belə ciddi insident olmamışdır. Bu səbəbdən, biz Rusiyanında iştirakı ilə əldə olunan sülh razılaşmalarını əsas götürərək, münaqişənin mümkün həllini axtarmaq məcburiyyətindəyik”, -Medvedev deyiib.

O əlavə edib ki, məsələ çox ciddidir. “Əsas sülhün və tərəflər arasında əlaqə imkanının saxlanılmasıdır. Rusiya bunun üçün əlindən gələni edəcək”.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı