Modern.az

"Ermənistan qoşunlarını Qarabağ və ətraf 7 rayondan çıxarlmalıdır" - Fransalı senator

"Ermənistan qoşunlarını Qarabağ və ətraf 7 rayondan çıxarlmalıdır" - Fransalı senator

Təhsil

7 Aprel 2016, 22:09

 

Fransalı senator, Müluz Aqlomerasiyasının prezidenti Jan Mari Bokel aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfindən həyata keçirilmiş hərbi təxribatı pisləyən bəyanat yayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Bokel bu təxribat nəticəsində azərbaycanlı əsgərlərin və mülki vətəndaşların həlak olması ilə bağlı kədərləndiyini bildirib.

Senator Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğalı və yeni insan itkiləri ilə əlaqədar başsağlığı ifadə edib: “Münaqişənin sülh yolu ilə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməməsinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin kifayət qədər diqqət yetirməməsi, bu səbəbdən də qəbuledilməz status-kvonun uzun illər qalması və bunların nəticəsində bu gün faciəvi qarşıdurmanın baş tutması çox kədər doğurur. Ermənistan beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamələrin icrasına hörmətlə yanaşmalıdır. Ermənistan hərbi qüvvələri Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonundan sülh yolu ilə çıxarılmalıdır”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı