Modern.az

Xankəndində güclü partlayışlar və pulemyot səsləri...

 Xankəndində güclü partlayışlar və pulemyot səsləri...

Təhsil

7 Aprel 2016, 23:16

 

Bu gün axşam saatlarında işğal altındakı Xankəndində, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə danışıqlar apardığı saatlarda şəhərdə bir-birinin ardınca bir neçə güclü partlayış baş verib. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda RİA Novosti agentliyinin həmsədrlərin Xankəndinə səfərini izləyən müxbiri məlumat çatdırıb.

Məlumata əsasən həmsədrlərin qondarma “DQR prezidenti” Bako Saakyanla görüşünün keçirildiyi saatlarda şəhər bir-birinin ardınca baş verən partlayışlarla silkələnib.  

Partlayışlarla yanaşı şəhərin kənarından pulemyot atəşləri başlayıb. Həmsədrlərin görüşlərinin başa çatmasını gözləyən çoxsaylı  jurnalistlər qaranlıqda işıq saçan pulemyot güllələrinin uçuşunu öz kameralarına çəkiblər. Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmayıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı