Dubayda ”Avtomobil” TV şousu və jurnalı tərəfindən “Ən yaxşı Lyuks və Yüksək Texnologiyalı Avtomobil” mükafatına layiq görülmüşdür.
Dubay, Birləşmiş Ərəb Əmirliklərində 22 dekabr 2010 tarixində Tam Yenilənmiş 2011 İNFİNİTİ M “Pan Ərəb” avtomobil jurnalı, “Avtomobil” jurnalı və eyni adlı televiziya şousu tərəfindən “Ən yaxşı Lyuks və Yüksək Texnologiyalı Avtomobil” mükafatına layiq görülüb.
İlk dəfə Yeni İNFİNİTİ M İyul 2010 tarixində Beyrutda avtomobil həvəskarlarına təqdim edildi və artıq oktyabr ayından satışa çıxarıldı.
“Biz Yeni İNFİNİTİ M modelini yüksək texnologiyalı bir avtomobil kimi müştəriyə təqdim etdiyimiz üçün çox məmnunuq” - deyə İnfiniti Orta Şərq üzrə regional müdiri Antoni Bartes bildirib. İNFİNİTİ M dünyada ilk dəfə olaraq “Görünməz əraziyə daxil olma haqda xəbərdarlıq sistemi”, “Görünməz ərazidə avtomatik intervalın saxlanılması” və “Hərəkət zolağının tərk edilməsi haqqında xəbərdarlıq sistemi” kimi yüksək texnologiyalar ilə təchiz edilib.
2011 INFINITI M 6 silindrli, 328 at güclü, 3.7 litr həcmli və 8 silindrli, 402 at güclü, 5.6 litr həcmli mühərriklə həmçinin 7 pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilərək müştərilərə təqdim olunur. İNFİNİTİ M37 3 müxtəlif komplektasiyada “Excellence”, “Luxury” və “Sport” komplektasiyalarında, İNFİNİTİ M56 isə yalnız “Luxury” və “Sport” komplektasiyalarında istehsal edilir. Baxmayaraq ki, “Excellence” komplektasiyası İNFİNİTİ M modelinin ən sadə komplektasiyasıdır, o bütün son, öndəgedən və yüksək texnologiyalarla təchiz edilmişdir. “Sport” komplektasiyasını fərqləndirən əsas cəhətlər isə avtomobilə idman cizgilərinin əlavə edilməsi, xüsusi tipli yeni idman əyləcləri və 20-lik idman tipli yüngül lehimli diklər ilə avtomobilin təchiz edilməsidir.
Yeni İNFİNİTİ M37 lüks biznes sedandır. 330 at gücünə malik, 3.7 litr həcmli, 6 silindirli mühərriki ilə möhtəşəm avtomobil zövqü vəd edən bu model sizi valeh edəcək qədər iddialıdır.
Yeni İNFİNİTİ M37 bütün yenilikləri ilə sahibinə yüksək komfort bəxş edəcəyini və onun statusunu sübut edəcəyini bəyan edir. Bu möhtəşəm avtomobil mükəmməl və dinamik interyer və eksteryer dizaynı ilə 5 nəfərə təkrarsız səyahət zövqu yaşatmaq iqtidarındadır.
Bu avtomobilin salonu xüsusi incəliklə hazırlanmışdır. Dəbdəbə və komfort heç vaxt bu qədər birbirinə yaxın olmayıb. Yeni İNFİNİTİ M37-nin salonu xüsusi naviqasiya sistemi, ətrafı daha rahat görmək üçün görüntü kameraları, 16 ədəd yüksək keyfiyyətli səs dinamikləri, elektriklə tənzimlənən ön oturacaqlar, intellektual kruiz-kontrol, ağacla işlənmiş salon, Bluetooth, telefon bağlantısı, İ-Pod bağlantısı, panorama lyük sayəsində sizə ən azı sevimli otağınız qədər rahat gələcək.
İNFİNİTİ M37 avtomobilində təhlükəsizlik ən yüksək səviyyədə nəzərə alınmışdır. Avtomobilin təhlükəsizlik sisteminə ön və arxa əyləc sistemi, ön oturacaqların aktiv başaltlıqları, ön və arxa sərnişinlər üçün 3 nöqtəli təhlükəsizlik kəmərləri, sürücü və ön sərnişin üçün ön və yan təhlükəsizlik yastıqları, pərdə tipli təhlükəsizlik yastıqları, immobilayzer və siqnalizasiya sistemi daxildir.
Həmçinin, Los Angeles Motor Şousunda 2012 İNFİNİTİ M modelinin hibrid modeli artıq ictimaiyyətə təqdim edilmişdir. İNFİNİTİ M ilk Hibrid mühərriklə təchiz edilmiş İNFİNİTİ modelidir. İNFİNİTİ M35h 302 at gücünə sahib V6 mühərriklə birlikdə 67 at gücünə sahib olan elektrik mühərriklə də təchiz edilib.
SON
İNFİNİTİ dünyada ən cavan lyuks avtomobil brendi olmağına baxmayaraq, Amerika və Orta Şərq bazarında özünəməxsus yüksək səviyyədə və ən son texnologiyaları özündə birləşdirən model sırası ilə təmsil olunur. Bu model sırasına Azərbaycanda avtomobilsevərlərin yetərincə rəğbətini qazanmış İNFİNİTİ lyuks premium G Sedan, G Coupe, G Coupe Cabriolet, lyuks krossover EX 35, performans krossover FX 35/50, orta ölçülü premium lyuks sedan M 37/56 və Tam ölçülü lyuks SUV QX 56 daxildirlər. Sadalan bu model sırası ən yüksək texnologiyalar olan ön, arxa və yan görüntü kameraları, intelektual kruis kontrol, intelektual ekstremal əyləc sistemi, intelektual 4x4 sistemi, “Görünməz ərazidə avtomatik intervalın saxlanılması” və “Hərəkət zolağının tərk edilməsi haqqında xəbərdarlıq sistemi” kimi təhlükəsizlik sistemlərini özündə birləşdirirlər.
Daha əlavə məlumatı www.infiniti-me.com saytından əldə edə bilərsiniz.
Ünvan: Bakı şəh., Salamzadə küç.2 (Nəqliyyat Nazirliyinin yaxınlığında)
Əlaqə telefonları: (+994 12) 430 81 41; 430 87 00