Modern.az

Suriyada belçikalı qruplaşma lideri öldürüldü

Suriyada belçikalı qruplaşma lideri öldürüldü

Təhsil

8 Aprel 2016, 12:09



Belçikalı yaraqlı, Abu-Süleyman əl-Belqiki ləqəbi ilə tanınan (əsl adı məlum deyil) və “Əl-Qaidə”terror qruplaşması ilə yaxın münasibətdə olan “Cebhat an-Nusra”nın liderlərindən biri Suriyada ABŞ pilotsuz təyyarəsinin hava zərbəsi nəticəsində məhv edilib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, onunla birgə dostu, Ruanda əsilli digər belçikalı Andi Bizala Lubanza da ölüb.

Məlumatda qeyd edilir ki, 2011-2013-cü illərdə Anverpen və Brüsseldə “Belçika üçün şəriət” vəhhabi təşkilatı fəal olub və müsəlman gəncləri Suriyada döyüşmək üçün toplayıb. Həmin təşkilatın lideri 2015-ci ildə 12 il azadlıqdan məhrum olunub. KİV-də yayılan digər məlumata görə, bu ekstremist strukturun maliyyələşdurilməsini Səudiyyə Ərəbistanı həyata keçirib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı