Modern.az

Yol Polisi: Avtobusların toqquşduğu hadisə araşdırılır

Yol Polisi: Avtobusların toqquşduğu hadisə araşdırılır

Təhsil

8 Aprel 2016, 12:16



Bakının Nizami rayonu ərazisində 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının və minik avtomobilinin toqquşması nəticəsində baş verən qəza ilə bağlı araşdırma aparılır.

Bu haqda Modern.az saytına Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

“Hadisə Nizami rayonu ərazisində qeydə alındığından Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək”.

Toqquşma nəticəsində 9 nəfər xəsarət alıb, 1 nəfər qadın dünyasını dəyişib. Yaralılardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı