Modern.az

Amerikaya casusluq edən türk menecer yaxalandı

Amerikaya casusluq edən türk menecer yaxalandı

Təhsil

8 Aprel 2016, 12:40



Türkiyənin ən böyük silah şirkətlərindən olan “MKEK” konserninin meneceri Mustafa Tanrıverdi Amerikaya məxfi sənədlər ötürmək istəyən zaman yaxalanıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, türk mühəndislərinin hazırladıqları “MPT-76” piyada tüfənginin çertyojlarını Amerikadakı silah şirkətlərindən birinə satmaq istəyən zaman tutulub.

Məlumata görə, Tanrıverdi həmin çertyojların qarşılığında amerikalılardan 1,2 milyon dollar pul istəyib. Ankara restoranlarından birində baş tutan görüş zamanı türk xüsusi xidmət orqanları casus meneceri həbs ediblər.

Ona qarşı “casusluq”, “dövlət sirrini yaymaq” və “dövlətə xəyanət” maddələri ilə iş açılıb.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı