Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

8 Aprel 2016, 13:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,  sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 16-21, Bakıda gecə 7-9, gündüz 18-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam ayrı-ayrı qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz - Aprelin 9-11-də Abşeron yarımadasında mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı