Modern.az

Nuru paşanın qardaşı nəvəsindən İlham Əliyevə TƏŞƏKKÜR

Nuru paşanın qardaşı nəvəsindən İlham Əliyevə TƏŞƏKKÜR

Təhsil

8 Aprel 2016, 13:49

“Azərbaycan və Türkiyə prezidentləri Nuru paşa haqqında film çəkmək üçün razılığa gəldiklərinə görə onlara təşəkkür edirəm. Onların bu təşəbbüslərini ürəkdən alqışlayıram. Mənim babamın qardaşı olan Nuru Paşaya verdikləri bu cür yüksək qiymət və dəyərə görə hər iki dövlət başçısına minnətdaram”.

Bu sözləri Modern.az saytına açıqlamasında Ənvər paşanın Türkiyədə yaşayan nəvəsi Osman Mayatepek deyib.

Osman Mayatepek Qafqaz İslam Ordusunun komandanı Nuru paşa haqqında Bakıda çəkiləcək filmə görə çox sevinir:

 “Nəhayət ki, tarix bu cür böyük şəxsiyyətlərə qiymət verir. İki qardaş dövlət arasında belə bir mövzuda film çəkiləcəyi xəbəri məni çox sevindirir”.

Ənvər paşanın nəvəsi deyib ki, filmin çəkilişi zamanı nə kömək lazım olsa, arxiv materialları ilə yardım etməyə tam hazırdır:

“Mən də Nuru paşanın qardaşı nəvəsi kimi bu filmin ərsəyə gəlməsində nə lazımdırsa, əlimdən gələni etməyə hazıram. Şəxsi arxivimdə Nuru və Ənvər paşalar haqqında materiallar var.

Filmin çəkilişi zamanı istifadə oluna biləcək arxiv materiallarının da verilməsinə hazıram”.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta saytımıza açıqlamasında  Azərbaycan və Türkiyənin ortaq tarixi mövzusu olan Nuru paşa haqqında film çəkilməsinin iki ölkə prezidentlərinin görüşündə razılaşdırılığını bildirib.

Artıq hər iki ölkənin Mədəniyyət və Turizm nazirliklərinə filmin çəkilməsi ilə bağlı tapşırıq verilib.  Çəkiləcək filmin mövzusu Nuru Paşanın 1918-1920-ci illərdəki tarixi fəaliyyətilə bağlı olacaq. 

Ənvər paşa Türkiyənin hərbi naziri olub. Məhz onun dönəmində yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edib. Qafqaz İslam Ordusunun komandanı Ənvər paşanın qardaşı Nuru paşa olub.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı