Modern.az

Medvedev Qarabağdan DANIŞDI: "Rusiya hər şeyi edəcək"

Medvedev Qarabağdan DANIŞDI: "Rusiya hər şeyi edəcək"

Təhsil

8 Aprel 2016, 15:09

 

Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır.

Modern.az-ın  məlumatına görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Rusiyalı Baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etdiyini vurğulayıb.

D.Medvedev bildirib: "Mən özüm də vaxtilə buna xeyli səy göstərdim və qeyd etmək istərdim ki, bütün bunlar boşuna getmədi, itmədi. Hər halda şübhə etməyə bilərsiniz ki, Rusiya Federasiyası bunun üçün bizdən asılı olan hər şeyi edəcək".

Baş nazir əlavə edib ki, səfər zamanı həmçinin Azərbaycan və Rusiya arasında müzakirə ediləcək bir çox müxtəlif birgə layihələr var.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı