Modern.az

Polkovnik beynəlxalq mükafatı Prezident İlham Əliyevə təqdim edib

Polkovnik beynəlxalq mükafatı Prezident İlham Əliyevə təqdim edib

27 Dekabr 2010, 21:24


Dekabrın 27-də Milli Olimpiya Komitəsində (MOK) 2010-cu ilə yekun vurulub, idmançılara və məşqçilərə mükafatlar təqdim olunub. (AzərTAc)
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycan idmanına, idmançılarımızın beynəlxalq yarışlarda, o cümlədən Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirakına, qazandıqları qələbələrə həsr olunmuş fotosərgiyə baxıb.
Sonra mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dövlət başçısına idmançılara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edib.
Beynəlxalq Hərbi İdman Şurasının üzvü polkovnik Natiq Əliyev şuranın mükafatını Prezident İlham Əliyevə təqdim edib.
Sonra 2010-cu ilin yekunlarına görə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar, yeni mənzillərin orderləri təqdim edilib.
İdman ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkür edən MOK İcraiyyə Komitəsinin üzvü, Azərbaycan “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova “Heydər Əliyevin neft strategiyası” miniatür kitabını dövlət başçısına təqdim edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə