Modern.az

Putin Nazarbayevlə Qarabağı müzakirə edib

Putin Nazarbayevlə Qarabağı müzakirə edib

Təhsil

8 Aprel 2016, 15:20



Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin ölkəsinin Qarabağ münaqişəsindəki vasitəçilik missiyasından danışıb.

“Dağlıq Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi davam etdirilib və Azərbaycan, Ermənistan prezidentləri ilə telefon danışığı olub. Vladimir Putin Rusiyanın xarici işlər naziri, müdafiə naziri və digər rəsmi şəxsləri vasitəsi  ilə aparılan danışıqlar prosesinin gedişatı barədə məlumat verib”-deyə Kreml məlumat yayıb.

Bununla yanaşı, tərəflər iki ölkə arasında əlaqələri müzakirə edib.

Vüqar İsmayılov    

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı