Modern.az

Bahar Muradova: "Bu imtiyazlar onlara da şamil edilməlidir"

Bahar Muradova: "Bu imtiyazlar onlara da şamil edilməlidir"

Təhsil

8 Aprel 2016, 15:34

“Ermənistanla sərhəd rayonlarında məskunlaşan vətəndaşlarımıza fərqli münasibət göstərilməsi barədə təkliflər Milli Məclisdə və digər müzakirələrdə səslənib və nə qədər ki, münaqişə mövcuddur səslənəcək də”.

Bunu Modern.az saytına Milli Məclisin sədr müavini, deputat Bahar Muradova bildirib.

Deputat qeyd edib ki, qanunların müzakirəsi zamanı ən müxtəlif təkliflər səslənə bilər:

“Təkliflərin qəbul olunması Milli Məclisin səlahiyyətində olan məsələdir. Həm Azərbaycan hökuməti, həm Azərbaycan Prezidenti, müvafiq qurumlar, o cümlədən QHT-lər bu və digər təkliflərlə çıxış edə bilərlər ki, bu da cəbhəyanı bölgədə yaşayan insanlara qayğısını, himayəsini, onların çətinliklərini nəzərə alaraq irəli sürülmüş təkliflərdir”.

B.Muradova cəbhəyanı bölgələrdə yaşayan insanlara xüsusi güzəştlərin verilməsinin vacibliyini vurğulayıb:

“Bu gün köçkünlərin geri qayıdan hissəsinin bir qismi Fizuli ərazisində yaşayırlar. Öz evlərində yaşamalarına baxmayaraq, onların köçkünlük statusu saxlanılır, bir çox vergiləri ödəməkdən azaddırlar.

Nəzərə almaq lazımdır ki, onlar daimi olaraq təmas xəttinə yaxın ərazilərdə yaşayırlar və daimi olaraq həyatları erməni təcavüzkarlarının təhdidi altındadır. Mən də cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlarımıza bəzi məsələlərdə fərqli münasibət göstərilməsinin tərəfdarıyam”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı