Krasnodar Qərb dairəsi prokurorunun baş köməkçisi, 27 yaşlı Kirill N. bu gün səhər saatlarında yaşadığı mənzildə özünü öldürüb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu addımın onun 700 min rubl rüşvət alanda tutulması ilə bağlı olduğu güman edilir.
Prokurorluq əməkdaşı evli olmayıb. Onun qardaşı Qoryaçeklyuçevski şəhər məhkəməsində hakimdir.
Modern.az