Hazırda ATƏT sədri olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer aprelin 12-də Berlində təşkilat üzrə həmkarları, Serbiya və Avstriya xarici işlər nazirləri İvitsa Daçiç və Sebastyan Kurtsu qəbul edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə APA Almaniya XİN-ə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqların əsas mövzusu ATƏT-də sədrlik edən ölkələrin Dağlıq Qarabağ və Ukraynada münaqişənin nizamlanmasına dair səyləri olacaq.
Görüşdə, həmçinin ATƏT-in miqrasiya məsələlərindəki roluna toxunulacaq.
Modern.az