Modern.az

Şəmkirdəki ağır qəzada 2 nəfər ölüb

 Şəmkirdəki ağır qəzada  2 nəfər ölüb

Təhsil

8 Aprel 2016, 23:42

 

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı yük avtomobili ilə VAZ 2106 minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb. Onlar VAZ 2106 minik avtomobilinin sürücüsü, 1969-cu il təvəllüdlü Mürvət Məmmədov və sərnişin, 1971-ci il təvəllüdlü Rafiq Verdiyevdir.

Onların hər ikisinin Şəmkir sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı