Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 2,46 dollar, yaxud 6,60% bahalaşaraq, 39,72 dollar/barel təşkil edib.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə Brent markalı neft isə 2,51 dollar və ya 6,37% bahalaşaraq, 41,94 dollar/barelə bərabər olub.