Təhsil naziri Misir Mərdanov bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul ballarının Bakıda olanlarla müqayisədə aşağı salınması təklifi ilə çıxış edib. Nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Məsələn, Mingəçevirdə də, Bakıda da texniki universitet var. Mingəçevirdəki Texniki Universitetdə qəbul üçün balların aşağı salınması lazımdır. Amma bu təklifin qəbul edilib-edilməyəcəyi barədə hələ ki, nə isə deyə bilmərəm”.
M.Mərdanov həmçinin ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını xatırladaraq “biz istəyirik ki, bunun üçün büdcədə kompensasiya nəzərdə tutulsun”.