Modern.az

Döyüş meydanında qalan meyitlərin götürülməsi davam etdiriləcək

Döyüş meydanında qalan meyitlərin götürülməsi davam etdiriləcək

Təhsil

9 Aprel 2016, 15:29

Döyüş meydanında qalan hərbi qulluqçuların meyitlərin götürülməsi bu gün də davam etdiriləcək. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

Qeyd olunub ki, aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı