Modern.az

Rusiya cəbhədəki döyüşlərə görə Türkiyəni ittiham etdi

Rusiya cəbhədəki döyüşlərə görə Türkiyəni ittiham etdi

Təhsil

9 Aprel 2016, 15:38

 

Rusiyanın baş naziri Dmitri Medvedev Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsində bir sıra xarici güclərin marağının olduğunu bildirib.

Modern.az saytının məlumatına görə, baş nazir “Rosssiya 1” kanalına müsahibəsi zamanı bu barədə danışıb və Türkiyə amilinə diqqət çəkib.  

Onun sözlərinə görə, kənardan münaqişəyə təsir edənlər sırasında Türkiyənin olması istisna deyil.  

“Budur, siz türk amilinə toxunursunuz. Yəqin türk amili də var. Ən azından ona görə ki, Türkiyə məsələ ilə bağlı öz mövqeyini söylədi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lap əvvəldən bildirib ki, Ankara Qarabağ böhranı məsələsində Azərbaycanın yanındadır və bu mövqeyini davam etdirəcək”.  

Medvedev rəsmi Ankaranın bəyanatlarına diqqət çəkərək deyib:  

“Sakitləşməyə çağırmaq, “gəlin danışıqlar masasına yenidən qayıdın, yenidən müzakirələrə başlayın, atəşi qurtarın” demək əvəzinə müəyyən mövqe ortaya qoyurlar. Nə üçün? Oda benzin tökmək üçün?”.  


Aqşin Kərimov  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı