
Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı məhkəmə çəkişməsində olan AzTV-nin rəhbəri Arif Alışanov və tanınmış telejurnalist Qulu Məhərrəmlinin barışması ilə bağlı çağırış edib. O bildirib ki, cəbhədə vəziyyətin bu şəkil aldığı bir zamanda belə tanınmış şəxslərin enerjilərini gərəksiz məsələlərə sərf etmələri bütün cəmiyyət üçün təəccüb doğurur.
“Azərbaycanın torpaqları, o cümlədən bu iki tanınmış simanın doğulduqları Zəngilan və Qubadlı rayonları işğal altındadır. İndi bütün cəmiyyətin fikri cəbhəyə yönəlib. Ona görə də xahiş edərdik ki, Arif Alışanovla Qulu Məhərrəmli məhkəmə çəkişməsinə son versinlər. Öz enerjilərini lazımsız məsələlərə deyil, jurnalistikamızın inkişafına, peşəkarlığın artırılmasına, torpaqlarımızın işğaldan azad edilməsinə sərf etsinlər.Modern.az xəbər verir ki, onun bu fikrinə əməkdar jurnalist Tahir Aydınoğlu da dəstək verib. O bildirib ki, Elşad Eyvazlının ortaya qoduğu mövqe dəstəklənməlidir.
“Mən Elşad Eyvazlının təklifi və söylənən mülahizələri dəstəkləyirəm. Bunun Konkret bir təkliflə möhkəmlənməsini xahiş edirəm. Möhtərəm həmkarlarımızın münaqişə ilə bağlı məhkəmə çəkişməsi geri götürülsün, iddialar Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Teleradio Şurasının birgə müzakirəsinə çıxarılaraq jurnalist etikası kodeksi çərçivəsində qiymətləndirilsin”.
Modern.az