Modern.az

İlham Əliyev jurnalistlərin "Gülüstan" sarayındakı tədbirinə qatılacaq

İlham Əliyev jurnalistlərin "Gülüstan" sarayındakı tədbirinə qatılacaq

28 Dekabr 2010, 15:10


Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandıracaq. Modern.az xəbər verir ki, "Gülüstan" sarayında keçiriləcək tədbirdə Prezident İlham Əliyev də iştirak edəcək.

Qeyd edək ki, KİV DF-nin 18 istiqamət üzrə keçirdiyi sonuncu müsabiqəyə ümumilikdə 74 nəfər jurnalist qatılıb, onlardan 50 nəfər qalib hesab edilib. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və Fondun diplomu təqdim olunacaq.

"Gülüstan" sarayında saat 18.00-da başlayacaq tədbirdə Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim ediləcək. Bu barədə Modern.az tədbirin təşkilatçırı məlumat veriblər. 

"Gülüstan" sarayında keçiriləcək bayram tədbiri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və "RUH" Jurnalistləri Müdafiə Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə