Ermənistan prezidenti Serj Sərkisyan aprelin 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri– İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və Pyer Andrieni (Fransa) qəbul edib.
Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, tərəflər Dağlıq Qarabağdakı qoşunların təmas xəttində yaranmış situasiyanı müzakirə ediblər.
Görüşdə atəöşkəs rejiminə əməl edilməsinin, tezliklə sülh danışıqlarının bərpasının və qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görülməsinin vacibliyini də qeyd ediblər.
Modern.az