“Əl-Qaidə” qruplaşmasının yaraqlıları Yəmən ordusunun 15 əsgərini edam ediblər. Modern.az xarici mediaya istinadən bildirir ki, əsgərlər Yəmənin şərqindəki Aden limanına gedən yolda, qruplaşmanın hegemonluq etdiyi vilayətlərdən birində ələ keçiriliblər.
Hərbçilər başqa bir regiona aparaılaraq güllələniblər. Məlumatda qeyd edilir ki, hərbçilər Adenə doğmalarının yanına gediblər və hərbi bazalarına mülki geyimdə və mülki avtomobildə qayıdarkən yaraqlıların əlinə keçiblər.
Modern.az