Modern.az

Hindistandakı yanğında ölənlərin sayı 100 nəfəri ötüb

Hindistandakı yanğında ölənlərin sayı 100 nəfəri ötüb

Təhsil

10 Aprel 2016, 15:57



Hindistanın Kerala ştatında keçirilən dini mərasim zamanı məbəddə baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 102 nəfərə çatıb. Təxminən 350 nəfərin xəsarət aldığı bildirilir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox yaralılar xəstəxanaya aparılarkən yolda keçinib. Yerli mətbuatın yazdığına görə, yanğına atəşfəşanlıq zamanı fişənglərdən birinin pirotexnika anbarının damına düşməsi səbəb olub. Baş verən yanğın və partlayış nəticəsində bina və yaxınlıqdakı tikililər dağılıb.

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı