Modern.az

Hər bir məmur ciddi nəticə çıxaracaq

Hər bir məmur ciddi nəticə çıxaracaq

Təhsil

11 Aprel 2016, 13:40

Milli Məclisin deputatı

Cəbhənin təmas xəttində son günlər ermənilərin növbəti silahlı təxribatının qarşsıını alan Azərbaycan ordusu öz gücünü,qüdrətini və döyüş əzmini bütün dünyaya nümayış etdirdı. Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, son hadisələr zamanı Azərbaycan ordusunun erməni silahlı qüvvələri üzərində qazandığı qələbə nə qədər parlaq və şərəfli idisə, Azərbaycan xalqının bir xalq olaraq nümayiş etdirdiyi  mənəvi keyfiyyətləri də bir o qədər qürurverici  idi.Təbii ki, ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgər, arxa cəbhədən aldığı dəstəkdən daha da ruhlanır və qələbəyə doğru daha inamla irəliləyir. Çox sevindirici haldır ki, xalq olaraq göstərdik ki,Azərbaycan xalqı istənilən vaxt dövlətin və xalqın mənafeyi naminə monalit birlik ortaya qoyar,orduya dəstək olaraq səngərdə dayanan əsgərlərimizin arxa cəbhədə müdafiəsini layiqincə təşkil edə bilər. Yəni,bu birliyin qarşısında müxalifət-iqtidar münasibətləri,habelə ayrı-ayrı siyasi partiyaların siyasi mənafeləri o qədər cılızlaşdı ki, hətta həmin mənafelər görünməz həddə çatdı. Belə bir vəziyyətdə siyasi əqidəsindən, hakimiyyətdə və yaxud iqtidarda hansı mövqe tutmasından asılı olmayaraq,xalq  milli mənafelər naminə sıx birləşməyi bacardı. Bu birliyi yalnız böyük xalqlar nümayiş etdirir. Çətin anda  Azərbaycan xalqı da öz dövlətinin və Ali Baş Komandanının yanında oldu, sarsılmaz həmrəylik ortaya qoydu.Bununla da  Azərbaycan xalqı dünya ictimaiyyətinə göstərdi ki, Qarabağ problemi, ümumiyyətlə xalqın milli mənafeyi ,ərazi bütövlüyü ilə bağlı nəyin ki, gündəlik məişət çətinliklərini,hətta böyük iqtisadi problemlərini belə unuda bilər.Azərbaycan xalqı sübut etdi ki, o,ölkəmizin  ərazi bütövlüyü uğrunda ümümxalq birliyini yaradar və hətta torpaqlarının işğaldan azad edilməsi uğrunda ölüm-dirim mübarizəsinə qalxar.Bəlkə də dünyada Qarabağın xəritədəki yerini bilməyən bir çox əcnəbilər belə bu  günlərdə  nümayiş etdirilən birlik nəticəsində haqq səsimizi eşitdilər və Qarabağ problemi barədə obyektiv  məlumat əldə etdilər. Elə bunun nəticəsi idi ki,dünya azərbaycanlarının, türk soylu xalqların və hətta bütün dünya ictimaiyyətinin Azərbaycana böyük dəstəyi yarandı. 

Azərbaycan xalqının bu birliyi, həmçinin vətənə,millətə,torpağa olan sonsuz məhəbbətinin təcəssümüdür ki,könüllülük hərəkatı da bu günlərdə geniş vüsət aldı. İgid Azərbaycan əsgərinə dəstək olmaq məqsədilə  könüllü olaraq cəbhəyə getmək üçün çoxlu sayda müraciətlər olundu. Hətta bu müraciətlərə dünya azərbaycanlıları da qoşuldular. Eyni zamanda  bir çox ölkələrdə Ermənistan səfirliklərinin qarşısında kütləvi aksiyalar keçirildi və həmin ölkələrdə yaşayan dünya azərbaycanlıları da Ermənistanın ışğalçı simasını ıfşa etdilər.Nəyin ki, düşmən və xarici ölkələr, hətta bəzi həmvətənlərimiz belə xalqın bu cür həmrəylik nümayiş etdirməsini gözləmirdilər. Bu günlər ərzində hər bir Azərbaycan vətəndaşının yeganə məqsədi orduya dəstək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün  torpaqlarımızı düşməndən azad etmək oldu.Bu çətin günlərdə xalqımızın göstərdiyi qürurverici  keyfiyyətlərdən biri də cəbhədə həlak olmuş Azərbaycan əsgərinin dövlət bayrağına bükülmüş nəşinin onun valideynləri və qohumları tərəfındən şərəflə qəbul edilib “Vətən sağ olsun”deyərək,dəfn edilməsı oldu.

Həmin günlərdə  sosial şəbəkələrdə gənclərin fəallığını və əsasən də da jurnalistlərin gərgin fəaliyyətini xüsusi vurğulamaq yerinə düşərdi. Hər bir gənc, hər bir  jurnalist informasiya müharibəsinin müsəlləh əsgərinə çevrildi.Düşmənin dezinformasiyasının ıfşa edilməsıı və real informasiyanın yayımlanması istiqamətində onlar əvəzsiz xidmət göstərdilər. 

Həmin vaxtdan etibarən  məmur övladlarının cəbhə bölgəsində hərbi xidmət etməməsinə irad bildirən fikirlər də səslənməya başladı.Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “ Məmurun ən böyük vəzifəsi  xalqa xidmətdir. Həm məmurlar, həm də onların ailə üzvləri öz hərəkətləri ilə hər kəsə nümünə olmalıdırlar”. Bu baxımdan da sosial şəbəkələrdəki bu yazılara haqq qazandırıram. Düşünürəm ki, ölkə Prezidentinin bu iradından və ictimai fikirlərdəki bu qabarmalardan hər bir məmur ciddi nəticə çıxaracaq. Bir şeyi unutmaq olmaz ki,  Azərbaycan hər bir azərbaycanlının vətənidir. Təbii ki, vətənin keşiyində durmaq və onu qorumaq da hər bir vətəndaşın müqəddəs borcudur.

Cəbhə xəttindəki son hadisələr göstərdı ki, qüdrətli dövlətimiz və bu problemin həlli istiqamətində sıx birləşməyi bacaran mübariz xalqımız, lazım gəldiyi anda isə Ali Baş Komandanın əmrini icra edərək torpaqlarımızı hərbi yolla işğaldan azad etmək  iqtidarında olan güclü ordumuz var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı