
Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmaması üçün Azərbaycan və Ermənistan tərəfinə müraciət edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ruisyalı nazir bunun çox önəmli olduğunu deyib.“Biz Dağlıq Qarabağdakı gərgin situasiyadan narahatıq. Tərəfləri atəşi dayandrımaq barədə razılığa dərhal əməl etməyə, müqavilənin şərtlərinin pozulmasının qarşısını almağa və bu çox mürəkkəb münaqişənin siyasi müstəvidə müsbət irəliləməsində maraqlı olmağa çağırırıq”.
Xatırladaq ki, bundan əvvəl Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə bu məsələni müzakirə etmişdi.
Vüqar İsmayılov