Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəbcama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki. iki ay müddətində Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli sərəncamı ilə Təhsil Nazirliyinin strukturu aşağıdakı kimidir:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Bakı şəhəri üzrə təhsil idarəsi.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli bölmələri (rayon və şəhər şöbələri).