Modern.az

Azad Rəhimov beynəlxalq sammitdə iştirak edəcək

Azad Rəhimov beynəlxalq sammitdə iştirak edəcək

Təhsil

11 Aprel 2016, 14:48


Aprelin 12-dən başlayaraq Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) "İƏT Gənc liderlər Sammiti" keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Sammitdə nazir Azad Rəhimov iştirak edəcək.

Tədbir 14-15 aprel tarixlərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın himayəsi altında keçiriləcək İslam Sammiti Konfransının 13-cü sessiyasının bir hissəsi kimi təşkil edilir.

Sammitdə İƏT regionunda hal-hazırda gənclərin ən çox üzləşdiyi problemlər və bu problemlərin aradan qaldırılması üçün tövsiyələrin hazırlanması, gənclər problemlərinin həllində ən yaxşı təcrübələrin mübadiləsi və digər mövzuların müzakirəsi nəzərdə tutulub.

"Həmrəyliyi və sülhün təşviqində gənc nəslin dəstəklənməsi; ekstremizm və islamafobiyaya qarşı mübarizə; mədəniyyətlərarası dialoqun təşviqi və hami üçün daha yaxşı gələcək" fikirlərini əks etdirəcək Gənc liderlərin Yekun Tövsiyəsi Dövlət başçılarının yığıncağına təqdim olunacaq.

Sammitdə nazir A.Rəhimovun gənclərin inkişafının təmin edilməsində mövcud vasitə və mexanizmlər və bu sahədə dövlətin rolu barəsində təqdimatı nəzərdə tutulub.

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) "İƏT Gənc liderlər Sammiti" 13 aprel tarixdə öz işini yekunlaşdıracaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı