İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları Suriyanın Əl-Karyateyn şəhərində 21 xristianı məhv ediblər.
Modern.az xarici mediaya istinadən bildirir ki, öldürülənlərdən 3-ü qadındır, daha 5 nəfər itkin düşmüş sayılır. Onların da öldürüldüyü ehtimal olunur.
Yaraqlılar Əl-Karyateyni 2015-ci ilin avqust ayında ələ keçiriblər, Orada 300-ə yaxın xristian qalıb.
Xristianların bəziləri şəhəri tərk etməyə cəhd göstərərkən, bəziləri “İslam qanunlarını” pozduqlarına görə öldürülüb.
Modern.az