Modern.az

Azərbaycan əsgərinin “aprel dərsləri”

Azərbaycan əsgərinin “aprel dərsləri”

Təhsil

11 Aprel 2016, 15:19

 

Azərbaycanın böyük söz adamı Məmməd Araz 1992-ci ilin martında qələmə aldığı “Ayağa dur Azərbaycan”  adlı şerində Ulu Yaradana bu misralarla üz tutmuşdu.

Danışmırdı rəncbər atan,

               Rəncbər atam !

Səninləyəm, haqq-ədalət, səninləyəm,

Milli qürur, milli qeyrət,   səninləyəm !

Səpil quma. Göyər yerdə, bir qayada,

Gizli nifrət, açıq nifrət, səninləyəm,

Oyat bizi, ey yaradan, səninləyəm !

Ya birmərrə yatırt bizi,

Ya birmərrə oyat bizi,

Ya yenidən yarat bizi,

Ey yaradan, səninləyəm,

Səninləyəm yatmış vulkan,

Səninləyəm !

Ayağa dur, Azərbaycan, səninləyəm !

Düz 24 il sonra,  aprelin əvvələrində düşmənlə üzbəüzdə ölümün gözünə dik baxmağı bacaran oğullarımız da vətənpərvər, yurdsevər şairimizin ruhuna səmtlənən bir ismarıc yolladılar – Rahat yat Məmməd Araz, ayaqdayıq, Azərbaycan adlı məmləkətimiz yatmış yox, həmişə oyaq, püskürməkdə, alovlanmaqda olan bir Vulkandır. Biz öz odumuzla, atəşimizlə xain düşmənin gözünü kor etməyə, bu vəhşi xislətliləri öz yuvalarınadək qovmağa hazırıq.

 “Aprel dərsləri” tariximizi şərəfləndirən,hər birimizə qürur bəxş edən hadisələr sırasında milli oyanış, dirçəliş və yüksəliş tariximizə əbədi həkk olundu. 

Bəzilərinin “ana uşağı”  deyərək təcrübəsiz, şəristəsiz əsgərlərə etimadsızlıq sindromu da qırıldı bu günlərdə. Bu oğlanlar çiyinlərindəki paqonun şərəf yükünü dərindən anladıqlarından, əsgər papaqlarında parlayan dövlət gerbinin məsuliyyətini yaxşıca dərk etdiklərindən əfsanəvi Danko kimi ürəklərini qaranlıq gecələri işıqlandıran məşələ çevirməyi ləyaqətlə bacara bildilər. İrəli yalnız irəli! Bu oğlanar yaxşı bilirdilər ki, onlar bu əmri yerinə yetirməklə hansısa millətin torpağına, kiminsə ərazisinə doğru yürüş etmirlər.

Bu igidlər öz ata-baba yurdumuzun,  doğma torpağımızın işğalçılardan təmizlənməsi, çağırılmamış “qonaqlardan” azad edilməsi arzusunu silahın gücü ilə reallaşdırmaq istəyində idilər. Azərbaycan əsgərinin hünəri, döyüş əzmi qarşısında olmayan başlarını itirən hayk nəslinin üzütüpürcəkli tör-töküntüləri heç dabanlarına tüpürməyə belə macal tapmadan geriyə götürüldülər. Qarabağın ən strateji nöqtələrində, yüksəkliklərdə üçrəngli bayrağımızın dalğalanması qarşıdakı Böyük Qələbənin rəmzi kimi ürəklərə təpər, biləklərə qüvvət verdi.

 Yurd keşişçilərimizin şücaəti təbii ki, yalnız Ermənistanda deyil, eləcə də bu forpost ölkənin havadarlarında da bir şok effekti, əsl vahimə yaratdı. Azərbaycanın dostları da həmişə yanımızda olacaqlarını bir daha səsləndirdilər. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ordumuzuz düşmən təxribatlarına layiqli cavab verməsini yüksək dəyərləndirməsi dövlətimizin öz suverenliyini qoruması ilə bağlı uğurlu siyasətinin bundan sonra da  ərazi bütövlüyünün qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi zəminində, ardıcıllıqla davam etdiriləcəyini bəyan etməsi düşmənə və onu dəstəkləyənlərə ciddi mesaj oldu. Cəbhə xəttində atəşkəs elan olunsa da düşmən silahlarının hələ də susmaması ilanın başının tezliklə əziləcəyi vaxtını yetişdiyindən soraq verir.

Qoca millət, hər andımız

                        amanımız,

Əgər varsa,

Zərrə qədər imanımız,

İnamımız – Vətən ! – desin.

Hər yaxşımız, yamanımız

Vətən ! – desin !

Bu nə səsdi, nə hənirdi

Vətən deyir,

O, Xocalı harayıdı,

O, Xocalı dərdidi

  Vətən deyir.

 Zənnimcə Məmməd Araz hər birimizin ürəyindən keçənləri bu misralarında böyük ustalıqla ifadə edib və heç bir əlavəyə ehtiyac duyulmur. Sonda yalnız onu demək istərdim ki, Azərbaycan əsgəri quduz düşmənin üstünə ölməyə yox, öldürməyə, bu qaniçənləri son nəfərinədək yurdumuzdan süpürüb atmaq niyyəti ilə yürüməlidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı