Modern.az

Anası Şahbaz Quliyevin girov olmasından xəbərsizdir, hətta...

Anası Şahbaz Quliyevin girov olmasından xəbərsizdir, hətta...

Təhsil

11 Aprel 2016, 15:55

 

Artıq 2 ilə yaxındır ki, Şahbaz Quliyev erməni girovluğundadır. Uzun müddət keçməsinə baxmayaraq onun anası Sənəm Quliyeva oğlunun başına gələnlərdən hələ də xəbərsizdir.

2014-cü ilin iyul ayında yaxınlarının məzarlarını ziyarət etmək məqsədi ilə Kəlbəcər rayonuna  gedərək  Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülən Şahbaz Quliyevin anası Sənəm Quliyeva Tərtər rayonun Qapanlı kəndində yaşayır. Ana elə bilir ki, Şahbaz hələ də Rusiyadadır, orada yaşayır. Yaşlı ananın səhhətində narahatlıq yaranar deyə, kənd camaatı və doğmaları Şahbaz Quliyevin erməni girovluğunda olduğunu ona bildirmirlər.

Modern.az saytının məlumatına görə, Milli Məclisin 95 saylı Tərtər seçki dairəsindən seçilən üzvü Sahib Alıyevlə görüşü zamanı Sənəm ana hətta oğluna iş də istəyib. “Şahbaza bir iş verin, Rusiyadan gəlib burda işləsin”, deyib.

Şahbaz Quliyev 1968-ci ildə Tərtərin Qapanlı kəndində dünyaya gəlib.

Onun sonuncu yaşayış yeri Sumqayıt şəhəri olub. Hazırda Tərtərin Qapanlı kəndində onun anası Sənəm Quliyeva yaşayır,  atası Cəlal  Əliyev rəhmətə gedib.  


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı