Modern.az

Kəlbəcər yolu təmir olunur - VİDEO

Kəlbəcər yolu təmir olunur - VİDEO

Təhsil

11 Aprel 2016, 17:24

Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində təmir-tikinti işləri həyata keçirilir. Bu haqda Modern.az saytına məlumat verən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, əsaslı şəkildə təmir olunan yolun uzunluğu 3.2 kilometrdir:

“Sözügedən yol Tərtər şəhərinin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirir. Avtomobil yolunun hərəkət hissəsinin eni 7.5 – 13 metr arası dəyişir. Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağında yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınıb, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Bundan başqa su ötürücü borular tikilib və zəruri olan yerlərdə yol kənarına yeni səki daşları düzülüb.

Hazırda yola yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 31200 m2  sahənin asfaltlanması nəzərdə tutulub”.

A.Nəcəfli deyib ki, rəhbərliyin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq: “Yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilən təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub”.   



Gülşən Raufqızı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı